28 Aralık 2020 Pazartesi

Yasəmən

 Təbii yayılması

Bura Cənub-Şərqi Avropada (MacarıstanBalkanlar) və Asiyada yabanı halda bitən 10 növ daxildir. Ətirli çiçəkləri olan bu sarmaşıq kolu yabanı vəziyyətdə Lənkəran dağlarında rast gəlinir. Məhəmməd Mömin göstərir ki, bü gülü iyləmək başağrılarında, beynini möhkəmlətməkdə kömək edir. Yasəmənin cövhərini xaricdən istifadə edərkən baş ağrılarına kömək edir.

İstifadəsi

Ətirli çiçəkləri olan yasəmənin sarmaşıq kolu yabanı vəziyyətdə Lənkəran dağlarında rast gəlinir. Yasəmən gülünü iyləmək başağrılarında, beynini möhkəmlətməkdə kömək edir.

Yasəmən güllərinin kompresi dəri çillərini təmizləyir və üzü qızardır. Xaricdən istifadə edilən yasəmən yarpaqlarından məlhəm ereksiyanı gücləndirir. Yasəmən cövhəri saçları açıq boyayır, daha doğrusu, onları rəngsiz edir. Həddindən artıq qəbul etsən başağrısı əmələ gətirir. Bu halda bənövşə, qızılgül və sirkə onu tarazlaşdırır.

Böyük yasəmənin yarpaqları dəri xəstəliklərində, ağız yaralarında və diş ağrısında işlədilir. Yarpaqlarının təzə şirəsi döymələri (mozolları) yumşaldır. Çiçəklərin həlimi gözün yuyulması üçün tətbiq edilir, güllərinin cövhəri isə kosmetikada istifadə olunur.

Müasir elmi təbabətdə yasəmənin geniş istifadəsi öz yerini tapmamışdır. Yasəmən çiçəklərindən, tərkibində keton, jasmon və indol olan yasəmən yağı alırlar. Parfumeriya və kosmetikada istifadə edilir.



Qızıl gül

 Qızılgülün kök sistemi milvaridir və torpağın 5 m dərinliyinə kimi işləyir. Çoxgövdəli olmaqla, budaqlıdır. 1,5–2 m hündürlükdə koldur, yaşıl və ya qırmızı-yaşıl tikanlı gövdəsi vardır. Yarpaqları gövdə üzərində növbə ilə yerləşir. İri kolunda 800-1000 ədəd çiçək əmələ gəlməklə, çiçəyində 60-120 ləçək olur. Ətraf mühitdən asılı olaraq, efiryağlı qızılgül 30-50 il ömür sürür. Bu dövrdə bitkinin budaqları tez-tez dəyiĢir. Qızılgüldə iki tip çoxillik budaqlar: əsas və ya anac və boyu tükənən budaqlar mövçuddur. Beş tip birillik zoğları (boy-verən, vaxtsız çıxan, yağlı, generativ və silleptik) vardır. Əsas və ya anac budaqlar 5-6 yaşda olub, üzərində güçlü inkişaf etmiş boy və generativ zoğları daşıyır.[1]

1 kq qızılgül yağı almaq üçün əl ilə 4 ton qızılgül ləçəkləri toplamaq lazım gəlir. Qəribə deyil ki, onun bir kiloqramının qiyməti 5000 yevrodan bahadır. Dünyada qızılgül yağı istehsalının 70%-i Bolqarıstanın payına düşür.


Gözəl güllər haqqında video