28 Aralık 2020 Pazartesi

Qızıl gül

 Qızılgülün kök sistemi milvaridir və torpağın 5 m dərinliyinə kimi işləyir. Çoxgövdəli olmaqla, budaqlıdır. 1,5–2 m hündürlükdə koldur, yaşıl və ya qırmızı-yaşıl tikanlı gövdəsi vardır. Yarpaqları gövdə üzərində növbə ilə yerləşir. İri kolunda 800-1000 ədəd çiçək əmələ gəlməklə, çiçəyində 60-120 ləçək olur. Ətraf mühitdən asılı olaraq, efiryağlı qızılgül 30-50 il ömür sürür. Bu dövrdə bitkinin budaqları tez-tez dəyiĢir. Qızılgüldə iki tip çoxillik budaqlar: əsas və ya anac və boyu tükənən budaqlar mövçuddur. Beş tip birillik zoğları (boy-verən, vaxtsız çıxan, yağlı, generativ və silleptik) vardır. Əsas və ya anac budaqlar 5-6 yaşda olub, üzərində güçlü inkişaf etmiş boy və generativ zoğları daşıyır.[1]

1 kq qızılgül yağı almaq üçün əl ilə 4 ton qızılgül ləçəkləri toplamaq lazım gəlir. Qəribə deyil ki, onun bir kiloqramının qiyməti 5000 yevrodan bahadır. Dünyada qızılgül yağı istehsalının 70%-i Bolqarıstanın payına düşür.


Hiç yorum yok:

Yorum Gönder

Gözəl güllər haqqında video